Holding yarandığı gündən müxtəlif mövzularda sosial layihələr həyata keçirir. Belə ki, son 4 il ərzində davamlı şəkildə Daxili İşlər Nazirliyinin dəstəyi ilə “Qadına qarşı şiddətə son” adlı sosial, “Mənə dünyanı çək!” adlı rəsm və müxtəlif mövzularda proyektlər həyata keçirir. Bununla yanaşı, xarici ulduzların konsertlərinin təşkilatçılığı ilə də məşğul olur. Bu proyektləri həyata keçirməkdə əsas məqsəd insanlara mənəvi dəstək olmaq, gənclərin maariflənməsi, vaxtlarının səmərəli keçirmələrinə yardımçı olmaqdır.
© Ruhi Əliyeva